hemle

“Qara qutu” niyə Braziliyaya göndərildi?

Tarix:30-12-2024, 20:47
Baxış Sayı:455

Xəbər verdiyimiz kimi, Qazaxıstan qəzaya uğrayan AZAL təyyarəsinin registratorlarını ("qara qutuları") "Embraer" təyyarəsinin istehsalçı ölkəsi olan Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərəcək. Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi bildirib.

Maraqlıdır, "qara qutu" nə üçün Braziliyaya göndərildi?

Bununla bağlı açıqlama verən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki, Qazaxıstan Rusiyanın basqılarına tab gətirməyib və ədalətsiz qərar vermək istəmədiyinə görə, "qara qutuları" Braziliyaya göndərib:

"Braziliya həmin təyyarəni istehsal edən ölkədir. Araşdırmanı bu ölkədə yerləşən Aviasiya Qəzalarının Tədqiqatı üzrə Beynəlxalq Mərkəz aparacaq. Açıqlanan məlumatlarda bu qərarın beynəlxalq konvensiyalara uyğun olduğu, Azərbaycan və Rusiya tərəfləri ilə razılaşdırıldığı qeyd edilib.
Qazaxıstanın bu mövqeyi maraqlı və düşündürücüdür. Axı istehsalçı şirkətin, beynəlxalq qurumların nümayəndələri elə Qazaxıstanda idilər və orada bu işi bitirə bilərdilər. Doğurdanmı, Qazaxıstan Rusiyanın təzyiqlərinə tab gətirə bilməyib?...".

O.Gündüz bildirdi ki, bu qərarın həm də Azərbaycan və Qazaxıstan prezidentlərinin telefon danışıqlarından sonra baş tutması diqqət cəlb edir:

"Bəlkə də, təyyarəni istehsal edən ölkənin özünə hörmət edərək obyektiv mövqe tutması, o cümlədən beynəlxalq qurumların müşahidəsi altında aparılması baxımından bu qərar daha doğrudur? Görünən odur ki, arxa planda Qazaxıstan, Rusiya və Azərbaycan arasında amansız diplomatik və siyasi mübarizə gedir. Ümid edirəm, Rusiya Braziliyanın qərarına təsir edə bilməyəcək".

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ