hemle

Ukraynada pilotumuzun adına təqaüd təsis olunacaq

Tarix:30-12-2024, 10:15
Baxış Sayı:441

Ukraynada Azərbaycanın Milli Qəhrəmanı Aleksandr Kalyaninovun adına təqaüd təsis ediləcək.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkədə yazıb.

"Təyyarənin sərnişinlərinin həyatını xilas edən pilotlar arasında Aleksandr Kalyaninov da var. Aleksandr Kropivnitskidəki Ukrayna Dövlət Təyyarəçilik Akademiyasında magistratura pilləsini bitirib. Ukrayna Dövlət Təyyarəçilik Akademiyasının rəhbərliyi Ukraynanın xalq deputatı Roman Qrışçukun, eləcə də Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinin və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun dəstəyi ilə universitetin auditoriyalarından birinin Azərbaycanın Milli Qəhrəmanı Aleksandr Kalyaninovun adının verilməsinə qərar verib", - o qeyd edib.

Diplomatın sözlərinə görə, pilotun adına azərbaycanlılar üçün təqaüd təsis ediləcək:

"Azərbaycanlılarının Birləşmiş Diasporu Ukrayna Dövlət Təyyarəçi Akademiyası və Azərbaycan Respublikasındakı Ukrayna səfirliyi ilə birlikdə Kropivnitskidəki Təyyarəçi Akademiyasında təhsil alacaq gələcək azərbaycanlı pilotlar üçün Aleksandr Kalyaninov adına ayrıca təqaüd təsis etmək imkanını da nəzərdən keçirir".

"Qəhrəman pilotların xatirəsi əbədidir. Qoy ədalət naminə, onların xatirəsi və gələcəyi naminə bu fəlakətin təqsirkarlarının hamısı ən ağır cəzanı alsın", - o vurğulayıb.

Xatırladaq ki, dekabrın 29-da AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdi.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ