hemle

Prezidentdən təyyarə qəzasında xəsarət alan bələdçilərlə bağlı SƏRƏNCAM

Tarix:29-12-2024, 21:50
Baxış Sayı:457

AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Digər xəbərlər
17:35 Çadra və niqabdan istifadəni qadağan etdilər
17:32 Qazla bağlı vacib XƏBƏR: yanvarın 6-dək...
17:28 Paşinyanın 2025-ci il sülh mesajı: Bu olmadan mümkün deyil
17:25 Taxta qaşıqlar bu xəstəliklərə yol açırmış...
17:23 Kiyevə dron hücumu - ölən və yaralılar var
17:19 Putin bu tarixə qədər müharibəni bitirəcək: iki ölkə güzəştə gedir
17:15 ÜST-dən bu ölkəyə çağırış: məlumatları paylaşın!
17:10 Rusiyadan Qarabağla bağlı geri addım: İmtina edildi