hemle

Makronun Ermənistana gələn yolları "bağlanıb"

Tarix:21-12-2024, 19:36
Baxış Sayı:323



"Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronu iki il ərzində 5-ci dəfə ölkəsinə dəvət etsə də, səfər baş tutmur".

Bu barədə "Sputnik-Armenia" yazıb.

Materialda xatırlanır ki, bundan əvvəl Fransa liderinin Ermənistana sentyabrın 21-də bu ölkənin "Müstəqillik Günü" tədbirlərində iştirak etmək üçün gələcəyi açıqlansa da, bu dəfə də səfər reallaşmayıb.

N. Paşinyan dekabrın 21-də onu doğum günü münasibətilə təbrik edib və dəvətini təkrarlayıb.

Qeyd edək ki, Ermənistanın hökumət başçısı Fransa prezidentini 2022 və 2023-cü ilin iyulunda, eləcə də 2024-cü ildə dəfələrlə ölkəsində görmək istədiyini bəyan etsə də, E. Makron İrəvana gəlməyib.

Fransa prezidenti sonuncu dəfə Ermənistanda 2018-ci ildə, Frankofoniya sammitində iştirak etmək üçün olub.

Digər xəbərlər
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
16:11 Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları