hemle

Yarım milyon kilometr uzunluğunda məşəl: Yer kürəsini nə gözləyir?

Tarix:17-12-2024, 09:41
Baxış Sayı:440



Son 24 saat ərzində "LASCO/C3" kosmik koronaqrafı iki güclü tac kütləsinin atılmasını qeydə alıb ki, bunlardan biri Günəşin qərb, digəri isə şərq tərəfində baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat verib.

Ekspertlərin ehtimalına görə, buna səbəb bu ildə baş verən ən böyük Günəş protuberanslarından (Günəşin səthində, xromosferdə qırmızı rəngli nəhəng qızğın qaz kütləsi çıxıntısı) biri olub ki, bu, təxminən iki ay əvvəl formalaşmağa başlayıb.

Dekabrın 14-də Günəşin cənub yarımkürəsini yuxarıdan görmək mümkün olub, burada sıx liflər aydın şəkildə müşahidə edilib. Onun uzunluğu təxminən yarım milyon kilometr təşkil edir və bu, Günəşin diametrinin üçdə biri qədərdir. Dekabrın 15-də isə lif artıq görünməyib. Kütlənin atılmasının özünü də qeydə almaq mümkün olmayıb.

"Gün ərzində alınan məlumatların retrospektiv tədqiqi demək olar ki, heç nə aşkar etməyə imkan vermir: nə güclü partlayışlar, nə də yüksək keyfiyyətli şəkillər, hansı ki, Günəşdən kütlə atılması prosesini təfərrüatlı şəkildə görmək mümkün olardı", - deyə laboratoriyanın alimləri qeyd ediblər.

Yalnız LASCO koronaqrafları dekabrın 15-də iki ardıcıl böyük kütlə atılmasını qeydə ala bilib. Plazmanın hara getdiyi hələlik məlum deyil.

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu