hemle

Zamindən xəbərsiz kredit məbləği artırıla BİLƏR?

Tarix:14-12-2024, 09:41
Baxış Sayı:488



Vətəndaş zamin durduğu şəxsin borc məbləğini xəbərsiz artırmasından şikayətçidir.

O, sosial media hesabında paylaşım edərək bildirib ki, zamin durduğu şəxs ondan xəbərsiz əlavə 30 min manat kredit götürüb:

"Zamin durduğum şəxs məndən xəbərsiz kredit məbləğini artırıb. İki ay əvvəl baxanda 5-6 min borc qalmışdı. Lakin dünən baxanda gördüm ki, bank tərəfindən mənim xəbərim olmadan şəxsə 30 min manat yenidən kredit verilib".

Maraqlıdır, bəs görəsən, zaminin xəbəri olmadan bank şəxsə əlavə borc verə bilərmi?

Mövzu ilə bağlı sualları cavablayan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu məsələ kredit müqaviləsi əsasında tənzimlənir:

"Kredit müqaviləsi şərtləri əsasında şəxs 5-6 min manatlıq borca zamin durubsa, onun icazəsi olmadan əlavə borc götürülə bilməz. Lakin kredit müqaviləsində qeyd olunan şərtlər içərisində 30 min manata qədər kredit götürülə bilmə bəndi qeyd olunubsa, zamin bu zaman həmin borca görə öhdəlik daşıyır. Bu halda şəxs zamin olmadan da kredit məbləğini artıra bilər. Zamin isə öhdəlikdən boyun qaçıra bilməz".

Hüquqşünas qeyd edib ki, vətəndaşlar kredit götürərkən kredit müqaviləsində şərtlərin konkret göstərilməsinə diqqət yetirməlidirlər:

"Kredit müqaviləsi bağlanarkən şərtlər konkret olmalıdır. Zaminlik öhdəliyinə xitam verilmə o zaman ola bilər ki, əsas öhdəliyə, yəni kredit müqaviləsinə zaminin razılığı olmadan hər hansı dəyişiklik edilsin. Bu dəyişikliklər zaminin marağına zidd olar və razılıq verməsə, dəyişiklik edilə bilməz. Dəyişiklik deyəndə biz yalnız məbləğin artırılmasını nəzərdə tutmuruq, bura faizlər və kredit müddətinin uzadılmasını da aid etmək olar".

Digər xəbərlər
10:45 “Bu dəmir yolu bizə milyardlar gətirəcək” - Paşinyan Zəngəzur dəhlizindən danışdı
10:43 Bu səs texnologiyası hərəkət xəstəliyinin yüngülləşdirilməsində kömək edə bilər
10:38 "B" vitaminlər qrupu: Nə ilə yaxşı mənimsənilir, nə zaman qəbul edilməlidir?
10:35 Kamçatka vulkanında "qaynayan qazan" tapıldı
10:32 Bu gün hava necə olacaq? - PROQNOZ
10:30 "YouTube"un "Shorts" videoları ilə bağlı XƏBƏRDARLIQ - Fəlakətdir...
10:28 Tramp ABŞ-ın rüsumlardan əldə etdiyi gəlirləri AÇIQLADI
22:06 Bakı ilə saziş imzalanmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır - Rəsmi İrəvan