hemle

İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır

Tarix:30-11-2024, 14:30
Baxış Sayı:422



Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan hakimiyyətinin Zəngəzur vilayətinin Qafan şəhərində Rusiya konsulluğunun açılması üçün cavabını gözlədiklərini açıqlayıb. Bu açıqlamanın səbəbi odur ki, Rusiya Ermənistan səlahiyyətlilərindən tez bir zamanda razılaşacağını və çox qısa müddət ərzində konsulluğu açacağını düşünürdü, lakin rəsmi İrəvan hələ də razılıq verməyib.

Bu barədə “Hraparak” erməni nəşri məlumat yayıb.

Bildirilib ki, İrəvan Kremlin əsəbləri ilə oynayır, “nə rədd edir, nə də razılaşır”.

Politoloq Suren Surenyantsın fikrincə, Ermənistanın bu münasibəti anlaşılmazdır:

“Ermənistanın özü müxtəlif ölkələrin Qafan və ya Zəngəzurun digər ərazilərində konsulluq xidmətlərinin olmasında maraqlı olmalıdır, çünki bu, həm də təhlükəsizlik komponentinin gücləndirilməsinə yönəlib. Ona görə də razılıq olmaması Ermənistan-Rusiya münasibətlərindəki hazırkı böhran kontekstində nəzərdən keçirilməlidir”.

Qeyd edək ki, Ermənistan qısa müddətdə İrana bu razılığı vermişdi və hazırda Qafanda İran konsulluğu fəaliyyət göstərir.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ