hemle

Türk dövlətlərinin ortaq himni hazırlanacaq

Tarix:18-11-2024, 17:31
Baxış Sayı:444



Bu barədə Türkiyə KİV xəbər verir.

Məlumata görə, bu barədə layihənin rəhbərlərindən olan professor Erhan Özden açıqlama verib.

O, himnin yaxın zamanlarda hazırlana biləcəyini nəzərə çatdırıb.

"Bəstəkar üzv ölkələrin ümumi rəyi ilə seçiləcək. Mahnının sözləri isə hər kəsin anlaya biləcəyi şəkildə olacaq", - deyə Erhan Özden bildirib.

Onun sözlərinə görə, marşda türk xalqının xüsusiyyətləri özünəməxsus sözlər və musiqi ilə ifadə ediləcək.

Həmçinin yaxın illərdə türk xalqlarının ortaq lüğətinin də hazırlanacağı da qeyd edilib.

Xatırladaq ki, daha əvvəl Türk Dövlətləri Təşkilatı ölkələrinin ortaq əlifbası hazırlanmışdı.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv kimi təmsil olunurlar.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ