hemle

General-mayor rütbəsi verilən polkovniklər kimlərdir?

Tarix:7-11-2024, 20:15
Baxış Sayı:407



Prezident 5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verib.

Onlardan biri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini Azər Aydın oğlu Məmmədovdur.

General rütbəsi verilən Gündüz Əliş oğlu Əbdülov isə Azərbaycan Milli Müdafiə Universitetinin rektorudur. O, bundan əvvəl TƏBİB-in Aparat rəhbəri, daha sonra isə Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri vəzifələrində çalışıb.

Ali hərbi rütbə verilən Ələkbər Məhəmməd oğlu Cahangirov isə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanıdır. O, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanıdır.

Azər Əlövsət oğlu Qasımov da Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edir. O, İkinci Qarabağ müharibəsində iştirak edib.

Adıçəkilən şəxslərlə yanaşı, ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə də general-mayor ali hərbi rütbəsi verilib.

Digər xəbərlər
10:41 Xəstəlik vərəqi ilə bağlı YENİLİK: DSMF-yə göndəriləcək
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...
09:54 Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq
09:47 Stresslə mübarizə üçün yeni metod hazırlandı
09:43 Daha 55 ailə Sarıcalı və Ballıcaya yola salındı
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu