hemle

Vətən müharibəsinin 37-ci günü: Səkkiz kənd işğaldan azad edilir

Tarix:2-11-2024, 09:32
Baxış Sayı:477



2020-ci il noyabrın 2-si, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz yeddinci günü.

Döyüş əməliyyatları cəbhənin, əsasən, Ağdam, Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində davam edir. Bölmələrimiz Zəngilanda əlverişli yüksəkliyi ələ keçirmək məqsədilə hücum edən Ermənistanın hərbi qruplaşmalarını vaxtında aşkarlayaraq geri çəkilməyə məcbur edirlər.

Həmçinin, cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi ilə yanaşı, dörd ədəd "BM-21" "Qrad" qurğusu, 10 ədəd müxtəlif tipli topu, üç ədəd sursatla dolu yük maşını və beş ədəd digər avtomobil texnikası sıradan çıxarılır. Habelə, Tərtərin Çardaqlı kəndi istiqamətində bir ədəd "Kub" zenit-raket kompleksi məhv edilir. Bununla yanaşı, mövqelərimizə hücum etməyə cəhd göstərən düşmənin "Su-25" döyüş təyyarəsi də bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində vurulur. O cümlədən, qondarma rejimin "müdafiə naziri"nin müavini Artur Sarkisyan döyüşlərdə ordumuz tərəfindən öldürülür.

Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqelərini atəşə tuturlar. Lakin Ermənistanın müharibə cinayətlərinin cavabını ordumuz yenə də döyüş meydanında verir.

Beləliklə, Prezident İlham Əliyev özünün "X" səhifəsində gözlənilən müjdəni xalqa çatdırır:

"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Bir sözlə, müharibənin 37-ci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.

Digər xəbərlər
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ
09:44 Rusiyada yaşayanların NƏZƏRİNƏ - Bunu edənlər 5 milyon rubla qədər CƏRİMƏ OLUNACAQLAR