hemle

Güləş millimiz Dünya çempionatının birincisi oldu

Tarix:30-10-2024, 09:21
Baxış Sayı:441



Azərbaycan millisi Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında birinci yeri tutub.

3 qızıl medal qazanan yığmamız 85 xalla dünya çempionu olub.

Titulunu qoruyan komandamız ardıcıl 2-ci dəfə bu uğura imza atıb. Azərbaycan ən yaxın izləyicisi olan İranı 34 xal qabaqlayıb.

Millimiz bu uğurla Azərbaycan güləşində birdən-birə 2 rekordu yeniləyib.

Pəhləvanlarımız ikinci dəfə dünya kubokunu qazanmaqla böyüklər arasında güləş növləri üzrə ilkə imza atıb. Eyni zamanda yunan-Roma millimiz turnirdə 3 qızıl medal qazanmaqla ilki gerçəkləşdirib.

Qeyd edək ki, Albaniyada Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olub. Onların hər biri komandanın hesabına 25 xal yazdırıb. Dünya çempionatında debüt edən Qurban Qurbanov (82 kq) 5-ci yeri tutub və millimizə 10 xal qazandırıb.

Digər xəbərlər
22:55 Xalq şairi Rəsul Rzanın ev-muzeyi açıldı
22:44 İyunun 2-də qaz kəsiləcək - Bu ərazilərdə
22:36 Böyük Britaniya Ukraynaya nüvə silahının hazırlanmasında kömək edə bilər
22:33 Nevroloji xəstəliklərin səbəbi və müalicəsi - Hansı əlamətlər insultdan xəbər verir?
22:23 Nazirlər Xankəndidə keçiriləcək zirvə toplantısını müzakirə etdilər - YENİLƏNDİ
18:58 XİN beynəlxalq ictimaiyyətə çağırış etdi
18:54 İyunun ilk gününün HAVASI
18:47 Sabahdan milyonlarla insan “WhatsApp” işlədə bilməyəcək