hemle

Əhaliyə həftəsonu ilə bağlı XƏBƏRDARLIQ: Hazırlıqlı olun!

Tarix:25-10-2024, 18:43
Baxış Sayı:319



Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu gözlənilən əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarə hərəkət iştirakçılarına müraciət edərək onlardan yollarda yarana biləcək təhlükələrə qarşı hazırlıqlı olmağı, sürücülərdən sürət həddini minimuma endirməyi, hərəkət zamanı ara məsafəsini normadan artıq saxlamağı məsləhət görüb.

Həmçinin küləkli günlərdə avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı tövsiyə edib:

"Xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək, avtomobillərin mövsümə uyğun təchizatına xüsusi diqqət ayırmaq xahiş edilir.

Həftəsonuna təsadüf edən qeyri-sabit hava şəraitinin səfərə hazırlaşan sürücülər üçün əlavə çətinliklər yaradacağını vurğulamaqla yanaşı, piyadaları da yollarda diqqətli olmağa çağırırıq", - məlumatda qeyd olunub.

Digər xəbərlər
19:09 İstanbulda güclü partlayış oldu
19:02 "Whatsapp"da yenilik - Söhbətləri kopyalamaq qadağan olunur
18:59 Hava bu tarixdən yenidən pisləşir - Dolu düşəcək, sulu qar yağacaq
18:57 10 gün iş olmayacaq
18:55 Qaz olmayacaq - Saat 10:00-dan
18:51 Qondarma “soyqırımı” ilə bağlı gizli əmr - Erməni səfirlərə nə tapşırılıb?
17:57 Simpsonlar bunu da öncədən bildi: İstanbul zəlzələsi ilə bağlı qorxulu proqnoz
17:54 İlham Əliyevin Çinə dövlət səfəri başa çatdı