hemle

PKK Türkiyədəki terrora görə məsuliyyəti üzərinə götürdü

Tarix:25-10-2024, 18:27
Baxış Sayı:401



Türkiyədə terror təşkilatı kimi tanınan Kürdüstan Fəhlə Partiyası (KKK/PKK) oktyabrın 23-də Ankarada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə “Sözcü” telekanalı PKK-nın bəyanatına istinadən məlumat yayıb.

Açıqlamada bildirilir ki, hücumu PKK-nın hərbi qanadı sayılan “Ölümsüz Batalyon” silahlıları həyata keçirib.

Həmçinin ehtimal edilir ki, terror aktı çoxdan planlaşdırılıb və Türkiyənin daxili siyasi hadisələri, xüsusən də kürd məsələsinin müsbət həlli, hakimiyyətin təşəbbüsləri ilə bağlı deyil.

Eyni zamanda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kazandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib ki, Ankarada TUSAŞ müəssisəsində törədilən terror aktı zamanı Suriya izinə rast gəlinib.

"Bu terror hücumunun Suriyadan sızaraq həyata keçirildiyini öyrəndik”, - deyə Ərdoğan vurğulayıb.

O əlavə edib ki, gecə ərzində 40 müxtəlif yerdə antiterror əməliyyatları keçirilib: “Terrorçular əməllərinə görə cəzalandırıldılar”.

Qeyd edək ki, Ankarada törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ