hemle

Vətən müharibəsinin 27-ci günü: Bir neçə kəndimiz işğaldan azad edilir

Tarix:23-10-2024, 10:22
Baxış Sayı:442



2020-ci il oktyabrın 23-ü, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin iyirmi yeddinci günü.

Bütün cəbhə boyu ərazilərdə döyüşlər davam edir. Düşmən müdafiə mövqelərimizi atıcı silah, minaatan və toplardan atəşə tutur. Ordumuz cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində düşmənə ciddi zərbələr vurur. Ermənistan ordusunun bir neçə dayaq məntəqəsi dağıdılır, vacib ərazi və yüksəkliklər azad edilir, əsas ehtiyatlarına, hərbi infrastrukturuna ciddi zərbə vurulur. Döyüş texnikası, silah-sursat, ərzaq və hərbi ehtiyat çatışmazlığı yaşayan düşmən yenidən dinc əhalini və yaşayış məntəqələrini hədəfə almaq məqsədilə Tərtər, Ağdam və Ağcabədi rayonlarını intensiv atəşə tutur.

Düşməndən fərqli olaraq, humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız mübarizəni üstünlüyünü saxladığı döyüş meydanında davam etdirir. Gün ərzində Ermənistan silahlı qüvvələrinin üç pilotsuz uçuş aparatı (PUA) müdafiə bölmələrimiz tərəfindən aşkarlanaraq məhv edilir. Digər iki PUA-sı isə xüsusi texniki vasitələrlə yerə endirilir. Ardınca düşmənin yerdəyişmə etməyə hazırlaşan canlı qüvvəsi və zirehli texnikası, artilleriya bölmələri, komanda məntəqələri sıradan çıxarılır.

Bütün bunların fonunda Prezident İlham Əliyev növbəti dəfə xalqımızı sevindirən xəbəri təqdim edir. Ölkə başçısı bu dəfə müzəffər Azərbaycan Ordusunun Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli, Qubadlı rayonun Zilanlı, Kürd Mahrızlı, Muğanlı, Alaqurşaq kəndlərinin işğaldan tam azad edildiyini açıqlayır.

Beləliklə, müharibənin iyirmi yeddinci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması, ərazilərimizin işğaldan azad edilməsi torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.

Digər xəbərlər
18:08 Papa öldü: Yeni Papanın Bakıya münasibəti necə olacaq?
18:03 Yeni Papa nə vaxt və necə seçiləcək? – Ağ tüstü göründükdə...
18:01 Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam
17:58 ABŞ yeni Papanın seçilməsi üçün plan qurub: Rusiya açıqladı
10:41 Xəstəlik vərəqi ilə bağlı YENİLİK: DSMF-yə göndəriləcək
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...
09:54 Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq