hemle

"Şuşa" musiqili filmi məşhur yayım platformasında təqdim olunub

Tarix:19-10-2024, 10:04
Baxış Sayı:441



Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Mərkəzi və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilən "Şuşa" adlı film "Stigmart" məşhur musiqili yayım platformasında yerləşdirilib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, beynəlxalq layihə olaraq "Altea Media" şirkəti tərəfindən lentə alınan film Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin və klassik musiqi irsimizin dünyada təbliği məqsədi daşıyır.

Filmdə Şuşa ilə bağlı arxiv materialları və şəhərin müasir ecazkar görüntüləri Xalq artisti Murad Hüseynovun pianoda Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Adil Bəbirov kimi görkəmli bəstəkarlarımızın klassik əsərlərini ifası ilə müşayiət olunur.

Eyni zamanda, Qarabağ xalçaları və Xalq rəssamı Arif Hüseynov, gənc rəssamlar Leyla Əliyeva və Anar Hüseynzadənin əsərləri təqdim edilir. Filmdə AzTV, Milli Arxiv İdarəsi və "Azərxalça" ASC tərəfindən təqdim edilmiş materiallardan istifadə olunub.

Filmin dünyanın ən məşhur musiqi kanallarından hesab edilən "Mezzo TV"də də yayımlanması nəzərdə tutulur.

Digər xəbərlər
11:25 Qurbanların sayı artır: İsrail ən azı 6 nüvə alimini öldürüb
11:19 İsrail İranın əks-hücumuna belə hazırlaşır: Əhaliyə xəbərdarlıq edildi
11:14 İran PUA-ları bu qədər vaxta İsrailə çatacaq
10:24 İsrail səfərbərlik elan etdi
10:14 Bu gün 37 dərəcə isti olacaq
09:38 “AZAL”ın Təl-Əviv, Dubay və Tehran reysləri ləğv edildi
09:33 İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır - Məxfi razılaşma
09:30 Əhaliyə xəbərdarlıq edildi: İran yaxın saatlarda İsraili vuracaq