hemle

Ermənilər oğlunun cəsədini vermək üçün nə istəyiblər? - Şəhid anası DANIŞDI

Tarix:15-10-2024, 09:36
Baxış Sayı:447




Oğlum İlham Dadaşov 1992-ci ildə itkin düşüb. Ermənilər meyiti vermədilər. Sonra onlar məndən meyiti qaytarmaq üçün bir ton benzin istədilər. Ermənilər oğlumun cəsədini yalnız benzin qarşılığında verə biləcəklərini dedilər. Lakin mən başqa ailələrin gözü yaşlı qalmasın deyə təklifdən imtina etdim. Mən övladımdan keçdim. Ancaq benzin vermədim.

Bunu “Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşəbbüsü ilə itkin düşmüş hesab edilən 40 şəxsin ailə üzvlərinin Bakı-Ağdam-Xocalı-Şuşa-Xankəndi-Bakı marşrutu üzrə səfərində iştirak edən Elmira Dadaşova jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, oğulları cəbhədə döyüşən anaların övlad itkisi ilə üzləşməməsi üçün erməni quldur birləşmələrinin təklifi ilə razılaşmayıb:

“Digər anaların da mənim kimi əzab çəkməsini istəmədim. Səfər zamanı oğlumun uğrunda canını fəda etdiyi Vətən torpağını qucaqladım, balamın ətrini həmin torpaqlardan aldım.

Mənim, bütün itkin ailələrinin tələbi budur ki, Ermənistan məzarların yeri barədə məlumat versin. Mən 34 ildir bala deyib ağlayıram”.

Qeyd edək ki, otuz ilə yaxın davam edən torpaq həsrəti bitsə də, 4 minə yaxın ailənin gözü yollardan çəkilmir. Elə bu məqsədlə də "Qarabağ İtkin Ailələri" İctimai Birliyi bir qrup itkin ailəsinə az da olsa təskinlik vermək üçün onların işğaldan azad edilmiş ərazilərə səfərini təşkil edib. Səfər zamanı onlar Xankəndi və Şuşa şəhərlərində yaradılan şərait və aparılan bərpa-quruculuq işləri ilə tanış olublar. İtkin ailələrinin üzvləri Ağdam və Xocalıda yerləşən Şəhidlər xiyabanlarını da ziyarət ediblər.

Digər xəbərlər
19:09 İstanbulda güclü partlayış oldu
19:02 "Whatsapp"da yenilik - Söhbətləri kopyalamaq qadağan olunur
18:59 Hava bu tarixdən yenidən pisləşir - Dolu düşəcək, sulu qar yağacaq
18:57 10 gün iş olmayacaq
18:55 Qaz olmayacaq - Saat 10:00-dan
18:51 Qondarma “soyqırımı” ilə bağlı gizli əmr - Erməni səfirlərə nə tapşırılıb?
17:57 Simpsonlar bunu da öncədən bildi: İstanbul zəlzələsi ilə bağlı qorxulu proqnoz
17:54 İlham Əliyevin Çinə dövlət səfəri başa çatdı