hemle

Geomaqnit qasırğası olacaq - Bu tarixlərdə

Tarix:14-10-2024, 20:56
Baxış Sayı:557



Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.


Oktyabrın 7-12-də güclü geomaqnit qasırğası (G1-G4) baş verib. Hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 1-ə bərabərdir və kosmik hava sakitdir.

Oktyabrın 14-dən 20-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin tac kütlə atılmalarının (TKA) təsiri ilə oktyabrda yüksəlməsi ehtimalı var. 10 MeV-dən çox enerji yüklü proton seli isə 3848 və 3849 regionlarının aktivliyinə bağlı olaraq S1 səviyyəsinə yüksələ bilər.

Günəş küləyinin sürətinin yüksəksürətli tac dəliyi axınlarının və oktyabrın 11-də 3854 regionunda baş vermiş TKA-nın təsiri ilə artacağı gözlənilir.

Oktyabrın 11-də baş vermiş TKA və yüksək sürətli tac dəliyi axınlarının təsiri ilə oktyabrın 15-16-da G1 səviyyəli geomaqnit qasırğası gözlənilir.

Digər xəbərlər
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...
09:54 Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq
09:47 Stresslə mübarizə üçün yeni metod hazırlandı
09:43 Daha 55 ailə Sarıcalı və Ballıcaya yola salındı
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!