hemle

Azərbaycanda əhali pulu daha çox hansı məhsullara xərcləyir? - STATİSTİKA

Tarix:13-10-2024, 13:41
Baxış Sayı:440




Azərbaycanda əhalisinin pullarını əsasən hansı məhsullara xərclədiyi açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2024-cü ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,8 faizi ərzaq məhsullarının, 4,5 faizi içkilər və tütün məmulatlarının, 13,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,9 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə qeyd olunan dövr ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 37,2 milyard manatlıq, o cümlədən 20,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16,6 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 faiz, qeyri-ərzaq malları üzrə 5,5 faiz artıb.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ