hemle

Rusiya-Ukrayna müharibəsi sərhədlərimizə çatdı - Əhali təxliyə edilir

Tarix:10-10-2024, 17:34
Baxış Sayı:436



Rusiya-Ukrayna müharibəsi Qafqaza – Azərbaycan sərhədlərinə doğru yaxınlaşır.

Dünən gecə saatlarda Adıgey Respublikasının Maykop şəhərinin ətraf bölgələri Ukrayna dronlarının hücumuna məruz qalıb.

Adıgey Respublikasının rəhbəri Murat Kumpilov bildirib ki, Maykop şəhəri PUA-larla hücuma məruz qalıb.

“Ölən və yaralanan yoxdur. Xüsusi xidmət orqanları və xilasedicilər hadisə yerindədir. Fövqəladə Hallar Nazirliyi yanğının söndürülməsini həyata keçirib”, - o bildirib.

Kumpilov qeyd edib ki, Rodnikovovo kəndinin sakinlərinin mütəşəkkil təxliyəsi aparılır: “Təxliyə edilənlər Xanskaya kəndində müvəqqəti yaşayış məntəqəsi ilə təmin olunacaqlar”.

Rodnikovovo kəndi hərbi aerodromun yanında yerləşdiyi üçün hücum riski ilə üz-üzədir. Kəndin təxliyə edilməsi növbəti hücumların da ola biləcəyindən xəbər verir. Əhalinin köçürüldüyü Xanskaya kəndi də əsas hədəflərdən biridir. Çünki “Xanskaya” hərbi aerodromu kəndin 3 kilometrliyində yerləşir. “Astra” telegram kanalı dünə gecə “Xanskaya” aerodromunun yaxınlığında güclü partlayışın olduğunu yazıb.

Şimali Qafqaz bölgəsinə daxil olan Adıgey Qara dənizə yaxın ərazidə yerləşir. Ukrayna ordusunun bura çatması o qədər də təəccüblü deyil. Hərçənd, Adıgeye hücum müharibənin Şimali Qafqaz bölgəsinə sıçramasına səbəb ola bilər ki, bu da Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz bölgəsinə risklər yaradır.

Digər xəbərlər
10:41 Xəstəlik vərəqi ilə bağlı YENİLİK: DSMF-yə göndəriləcək
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...
09:54 Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq
09:47 Stresslə mübarizə üçün yeni metod hazırlandı
09:43 Daha 55 ailə Sarıcalı və Ballıcaya yola salındı
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu