hemle

Gündəmi alt-üst edəcək etiraf: Türkiyə ilə mübarizə aparsaq...

Tarix:9-10-2024, 09:33
Baxış Sayı:445



Yunanıstanın elektron müharibə sistemində Türkiyədən çox geri qaldığını etiraf edən yunan mediası təəccüblü təhlillər aparıb.

Yunan mətbuatı Yunanıstanın Türkiyə ilə elektron müharibə mübarizəsinə girməsinin faciəvi nəticələrə gətirib çıxaracağını bəyan edib.

"Çünki ciddi şəkildə geri qalırıq. Elektron müharibəyə böyük əhəmiyyət verildiyi nazirlik tərəfindən açıqlansa da, təəssüf ki, Türkiyə ilə ölkəmiz arasında fərq getdikcə artır” - , deyə xəbərdə bildirilib.

Müdafiə Sənayesi Rəyasət Heyətinin (SSB) təşəbbüsü ilə elektron müharibə üçün xüsusi təyinatlı təyyarələrin hazırlanması məqsədilə həyata keçirilən Türkiyənin Hava Platformasında Uzaqdan Elektron Dəstək/Elektron Hücum İmkanı (HAVA SOJ) layihəsi xəbərlərdə nümunə kimi göstərilib.

Bu layihə çərçivəsində həyata keçiriləcək sistemlərin inteqrasiya olunacağı “Bombardier Global 6000” tipli təyyarələrin son mərhələyə daxil olduğu bildirilib.

“HAVA SOJ” sistemlərinə inteqrasiya olunacaq bütün elektron müharibə missiya sistemləri yerli və milli səviyyədə hazırlanacaq və istehsal olunacaq.

Texnologiyanın ən yenisi sayıla biləcək bu layihə Silahlı Qüvvələrinin inventarına daxil olması ilə “müdafiədə xarici asılılığı minimuma endirmiş Türkiyə” hədəfinə doğru böyük bir addım atacaq.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış