hemle

Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindən GERİ ÇƏKİLİRLƏR

Tarix:8-10-2024, 20:35
Baxış Sayı:565



"2025-ci il yanvarın 1-dən Ermənistan-İran və Ermənistan-Türkiyə dövlət sərhədlərinin mühafizəsində, ER Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları da iştirak edəcək Ermənistan-İran dövlət sərhədinin mühafizəsi bütünlüklə ER MTX-nin Sərhəd Qoşunları tərəfindən həyata keçiriləcək".

Bunu Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan "Facebook"da yazıb.

O bildirib ki, bu razılaşma Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı əldə olunub.

“Baş nazir Paşinyan Ermənistan Respublikası müstəqillik əldə etdikdən sonra Rusiya FTX-nin Sərhəd Qoşunlarının Ermənistan və İran İslam Respublikası arasında dövlət sərhədinin nəzarət-sərhəd məntəqəsində göstərdiyi xidmətə görə prezident Putinə təşəkkür edib”, - Bağdasaryan bildirib

Xatırladaq ki, Rusiya sərhədçiləri 1992-ci ildə Ermənistan Respublikasının Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında sərhədində yerləşdirilib: 30 sentyabr tarixli sazişin 8-ci maddəsinə və Ermənistan Respublikasının sərhəd mühafizə qoşunlarının ardıcıl formalaşdırılması maraqlarına uyğun olaraq.

2024-cü ildə Avqustun 1-də Rusiya tərəfi ER "Zvartnots" hava keçid məntəqəsində ER dövlət sərhədinin mühafizəsinin təmin edilməsi funksiyasını rəsmən dayandırıb. Onun əsasını erməni tərəfinin 2024-cü ilin 1 mart tarixli, 5/894 nömrəli müvafiq ərizəsi təşkil edir.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ