hemle

Almaniyadan Ukrayna üçün QORXULU PROQNOZ - Bu qış nə baş verə bilər?

Tarix:6-10-2024, 13:44
Baxış Sayı:441



"Uqledarın itirilməsi Rusiya Silahlı Qüvvələrinə bu qış Donetskin bütün ərazisini azad etmək imkanı açır".

Bu fikri Almaniya Bundesverinin istefada olan polkovniki Ralf Tiele "Focus.Online" üçün yazdığı məqalədə bildirib.

Keçmiş polkovnikin sözlərinə görə, Uqledarın ələ keçirilməsindən sonra rus qoşunları Donbassda, o cümlədən Krasnoarmeysk istiqamətində də hücumlarını davam etdirirlər ki, bu da böyük strateji əhəmiyyət kəsb edir.

“Ruslar yaxınlıqdadır və hücum mövqelərini gücləndirirlər. Krasnoarmeysk da yəqin ki, uzun müddət saxlanıla bilməyəcək”, - hərbi ekspert bildirib.

Tielenin sözlərinə görə, hazırkı reallıqda Ukrayna Silahlı Qüvvələri uzunmüddətli müdafiəyə keçməyə məcburdurla. Keçmiş polkovnik vurğulayıb ki, hazırkı hərbi əməliyyatlar kontekstində Ukrayna daha ​​şiddətli mübarizə aparmalıdır.

"O ki qaldı Rusiyanın ələ keçirdiyi ərazilərin öz nəzarəti altına qaytarılmasına, bu perspektiv daha da uzaqlaşıb", - Tiele qeyd edib.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış