hemle

Kamaləddin Qafarov: “Ermənipərəst qüvvələr xam xəyala düşüblər”

Tarix:6-10-2024, 13:37
Baxış Sayı:441



“Məlum olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü elan edilmişdir. Bu əlamətdar gün münasibətilə cari ilin oktyabr ayının 4-də cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, öz dədə-baba yurdlarına daimi yaşayış üçün qayıdan sakinlərlə görüşən dövlət başçsı tədbirdə çıxış edərək cəbrayıllıları və bütün xalqımızı bu böyük bayram günü münsaibətilə təbrik etmişdir:

“Cənab Prezident bu gün həm Cəbrayılda, həm də bütün digər azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərinin böyük vüsətlə həyata keçirildiyini bir daha diqqətə çatdırdı və bildirdi ki, bütün bu işlər bu torpaqlara buranın əsl sahiblərinin qayıtdığını göstərir. Çünki yadelli düşmən zəbt etdiyi torpaqlarda heç nə qurub-yaratmaz. Ermənilər isə 30 il ərzində bu əraziləri ancaq dağıdıb, talan ediblər. Dövlət başçımızın dediyi kimi, Cəbrayılda demək olar ki, cəmi iki bina qalmışdı. Orada da erməni hərbçiləri yerləşdirilmişdi. Bütün bunlar bir daha sübut edir ki, ermənilər özləri də bu torpaqların heç vaxt onlara məxsus olmadığını və bundan sonra da olmayacağını hamıdan yaxşı bilirlər”.

K.Qafarov daha sonra Prezident İlham Əliyevin bir çox Qərb ölkələrinin yürütməkdə olduqları ikili standartlar siyasəti barədə səsləndirdiyi ifşaedici fikirlərin əhəmiyyətini vurğulayaraq deyib:

“Cənab Prezident hər zaman olduğu kimi, Cəbrayıl ictimaiyyəti ilə görüşü zamanı etdiyi çıxışında da prinsipial mövqe nümayiş etdirərək bəzi dünya güclərinin öz hərbi və iqtisadi potensiallarına arxalanaraq daha kiçik ölkələrin hüquqlarını pozmaq cəhdlərini sərt şəkildə tənqid etdi. Dövlətimizin başçısı Ermənistana bu gün də dəstək verən, onların işğalçılıq siyasətinə bəraət qazandıran bəzi Qərb dövlətlərini gözlərini geniş açmağa və erməni vandalizminin vəhşi əməllərinə diqqətlə baxmağa çağırdı. Bu gün Azərbaycan öz ərazilərini işğaldan azad etdiyi üçün, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdiyi üçün, BMT qətnamələrinin icrasını təmin etdiyinə görə sanksiyalara məruz qoyulur. 30 il ərzində torpaqlarımızı işğalda saxlamış və bu ərazilərdə olmazın cinayətlər törətmiş, beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuş, etnik təmizləmə siyasəti aparmış, Xocalı soyqırımını törətmiş, bütün şəhər-kəndlərimizi viran qoymuş Ermənistana isə milyard dollarlarla yardımlar edilir, bu ölkə yenidən silahlandırılır. Bu davranışlar əlbəttə ki, bütün işğal dövründə Qərb ölkələri tərəfindən yürüdülən ikili standartlar siyasətinin davamıdır. Əgər o dövrdə də ermənipərəst qüvvələr öz istəklərinə nail ola bilmədilərsə, bundan sonra artıq onların hansısa nəticə əldə edə bilmək ehtimalı yoxdur. Azərbaycanın öz maraqlarını, öz təhlükəsizliyini qorumaq və bütün xarici təhdidlərə dərhal layiqli cavab vermək gücünə sahib olduğunu artıq bütün dünya bilir”.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış