hemle

Prezident: Qələbəmiz göstərdi ki....

Tarix:4-10-2024, 14:47
Baxış Sayı:443



Bizim Qələbəmiz əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir, hesab edirəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi Qələbədir.

Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə səsləndirib.

Dövlət başçısı, həmçinin qeyd edib: “Ancaq, eyni zamanda, bu Qələbə onu göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür. Xalqda birlik olanda, güclü iradə olanda, mənəvi ruh yüksək səviyyədə olanda, sən öz köklərinə bağlı olanda və milli dəyərlərə dəyər verəndə hər şeyə qadir ola bilərsən.

Bizim xalqımız bu tarixi nailiyyəti əldə etməklə, eyni zamanda, bir çox başqa yerlərdə əzab-əziyyət içində yaşayanlara da yol göstərdi ki, bunu etmək mümkündür. Ona görə bizim Qələbəmizin beynəlxalq əhəmiyyəti bundan sonra ancaq artacaq”.

Digər xəbərlər
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR
23:34 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
23:33 Paşinyan Azərbaycana barter təklif edir
23:32 Rahim Novruzova yüksək vəzifə verildi
23:31 Sabunçu Rayon İcra Hakimiyyətində təyinat
23:30 16 milyon dollar sərvəti kimə qalacaq?
23:30 Sabah bu ərazilərdə işıq olmayacaq