hemle

BMT tribunasından Azərbaycan və Ermənistana müraciət: Biz bunu istəyirik

Tarix:26-09-2024, 13:05
Baxış Sayı:541



Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin sülh yolu ilə nizamlanması prosesini alqışlayır və iki ölkəyə münasibətlərin tənzimlənməsi üçün regional əməkdaşlıq formatını təklif edir.

Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı bildirib.

“Sülhün vacibliyini dərk edərək, biz Cənubi Qafqaz regionunu münaqişə bölgəsindən imkanlar bölgəsinə çevirmək səylərində aparıcı rol oynamışıq. Biz Ermənistan və Azərbaycan arasında sülh prosesini, xüsusilə qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq səylərini alqışlayırıq. Mübahisələrin keçmişdə qalmasını, regionun resurslarının və üstünlüklərinin dünyaya təklif olunmasını təmin etmək üçün ölkələr arasında əməkdaşlıq və etimadın qurulmasını dəstəkləyəcək regional əməkdaşlıq formatı istəyirik”, - Gürcüstanın baş naziri bildirib.

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR