hemle

Antiterror tədbirləri zamanı şəhid olan Ramazan Hüseynzadənin adı küçəyə verildi

Tarix:23-09-2024, 08:34
Baxış Sayı:448



Antiterror tədbirləri zamanı şəhid olan Ramazan Hüseynzadənin adı Cəlilabadda küçəyə verilib.

Artıq şəhidin adını daşıyan küçəyə lövhə də vurulub.

Qeyd edək ki, Ramazan Həmdulla oğlu Hüseynzadə 1 yanvar 2000-ci ildə Lerik rayonunun Orand kəndində anadan olub.

Azərbaycan Ordusunun apardığı antiterror əməliyyatı zamanı müddətdən artıq hərbçi Ramazan Həmdulla oğlu Hüseynov qəhrəmancasına şəhid olub. Şəhid Cəlilabad rayonunun Muğan kəndində dəfn olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ramazan Həmdulla oğlu Hüseynzadə ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ