hemle

XİN Ottavanın “Azərbaycanın suverenliyini hədəf alan” bəyanatını PİSLƏDİ

Tarix:23-09-2024, 08:18
Baxış Sayı:449



Azərbaycan Kanadanın xarici işlər naziri Melani Jolinin “Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan” bəyanatını pisləyib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Kanada xarici işlər nazirinin bəyanatına dair şərhində bildirilib.

“Kanadanın xarici işlər naziri Melani Jolinin 22 sentyabrın tarixində verdiyi bəyanatı qətiyyətlə pisləyir və tamamilə rədd edirik.

Kanadanın xarici işlər naziri beynəlxalq hüququn norma və prinsipləri əsasında 4 il əvvəl Ermənistanla Azərbaycan arasında münaqişənin bitdiyi regionumuzdakı reallıqlarla tanış olmaq əvəzinə, növbəti dəfə manipulyasiya və faktları təhrif etməklə məşğuldur. O həmçinin 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna və onun ərazimizdə dəstək verib saxladığı separatçı rejimə son qoyulduğu Qarabağ bölgəsi üzərində Azərbaycanın suverenliyinin tam bərpa olunması faktından da xəbərsizdir.

Kanada xarici işlər nazirinin Qarabağ bölgəsi ilə bağlı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan, separatizmi dəstəkləyən iddiaları Kanadanın xarici siyasətinin nə qədər “dahi” və “uzaqgörən” olduğunu nümayiş etdirir.

Təəssüflər olsun ki, Kanada rəsmiləri Ermənistanın 30 ilə yaxın hərbi təcavüzü zamanı azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə, qırğınlar və bəşəriyyətə qarşı cinayətlər barədə susmaqla yanaşı, Azərbaycanın öz suveren ərazilərində heç bir mülki şəxsi hədəf almadan həyata keçirdiyi antiterror tədbirləri barədə erməni diasporu tərəfindən təbliğ olunan yalan rəvayətlər yayırlar.

Kanadalı nazirin Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərindən olan 1 milyona yaxın məcburi köçkünün və Ermənistandan zorla deportasiya edilmiş şəxslərin vəziyyətinə və ayrılmaz hüquqlarına heç vaxt dəstək və maraq göstərmədiyi halda, regionda humanitar böhranla bağlı iddialar Kanadanın Azərbaycana qarşı açıq qərəzli mövqeyinin göstəricisidir.

Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur.

Bir daha bildiririk ki, bu cür təxribatçı və qərəzli bəyanatlar regionun beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneədən başqa bir şey deyil”, – şərhdə qeyd olunub.

Digər xəbərlər
12:32 SOCAR-ın “Azəriqaz” İB cari ilin 10 ayı ərzində "ASAN Kommunal" və "ASAN xidmət" mərkəzlərində 271941 vətəndaşa xidmət göstərib
10:19 Tarixi etiraf: rus hərbçilər öz vətəndaşlarının evlərini qarət ediblər
10:17 Formula 1 Bakının mərkəzindən çıxarılır: Görün harada keçiriləcək - EKSKLÜZİV
10:15 Bakıda bir sıra marşrutların fəaliyyəti bərpa edilir
10:13 Bakıda taksi qiymətləri ucuzlaşıb - Şirkətdən açıqlama
10:10 Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi olmağı təklif edib
10:05 Bu gündən yaşayış binalarına İSTİLİK VERİLMƏSİ START GÖTÜRÜR
10:00 Pezeşkianın Bakıya gəlməməsi üçün uydurulan yalan…