hemle

İranda PEYCER XAOSU: vətəndaşlardan xahiş edilib ki...

Tarix:22-09-2024, 10:16
Baxış Sayı:448





Tehrandan Livanın paytaxtı Beyruta gedən İran vətəndaşlarından təyyarənin göyərtəsində peycer və ya rasiya götürməmələri xahiş olunub.

Bu barədə İranın "PressTV" telekanalı Iran Hava Yollarının bəyanatına istinadla məlumat yayıb.

Qeyd olunur ki, sərnişinlərə müraciət Livan hakimiyyətinin Beyrutdan hava yolu ilə yuxarıda göstərilən cihazların daşınmasına qadağa qoymasının ertəsi günü edilib.

Sentyabrın 17-də axşam saatlarında "Hizbullah" təşkilatının minlərlə üzvünün şəxsi peycerləri partladılıb. Nəticədə ən azı 4 min adam yaralanıb, 8 yaşlı uşaq və "Hizbullah" liderlərindən birinin oğlu da daxil olmaqla 12 nəfəri xilas etmək mümkün olmayıb.

Livanın İnformasiya Nazirliyi hadisəni “İsrail təcavüzü” adlandırıb. Hizbullah həmçinin hadisənin şərtləri ilə bağlı ətraflı araşdırmaya başladığını bildirib.

Sentyabrın 18-də Livanda digər cihazların, o cümlədən rasiya və məişət texnikasının kütləvi partlayışları başlayıb. Bu partlayışlar nəticəsində 600-dən çox insan yaralanıb, onlardan 25-ni həkimlər xilas edə bilməyib.

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR