hemle

Koronavirusla bağlı yeni İDDİA: Bizdən nələri gizlədiblər?

Tarix:21-09-2024, 20:40
Baxış Sayı:445



ABŞ və Fransa alimləri tərəfindən aparılan yeni araşdırma Covid-19 epidemiyasının laboratoriya sızmasından deyil, bazarda satılan yoluxmuş heyvanlardan meydana gəldiyini iddia edir.

Alimlər 2020-ci ilin yanvar ayında Çinin Vuhan şəhərindən toplanmış yüzlərlə nümunəni təhlil ediblər.

Nəticələr yenot itləri, misk pişikləri və bambuk siçovulları da daxil olmaqla, bir sıra heyvanları epidemiyanın potensial mənbəyi kimi göstərir. Bazar tövləsinin həm heyvanların, həm də koronavirusun mərkəzi olduğu vurğulansa da, araşdırmada qəti dəlil təqdim oluna bilməz. Lakin tədqiqat nəticələrində virusun bazarda meydana çıxması tezisini dəstəkləyən tapıntılar sıralanıb.

Nümunələrdə ən çox rast gəlinən heyvan yenot iti olub. Təcrübələr bu heyvanın həm Covid daşıdığını, həm də ötürdüyünü ortaya qoyub.

Tədqiqatçılar deyirlər ki, bu araşdırma virusun mənşəyinin heyvan olduğunu göstərir.

Digər xəbərlər
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
16:11 Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları