hemle

Trampa qarşı sui-qəsddə Kiyevin əli olsa... - Medvedevin sualı var

Tarix:16-09-2024, 14:47
Baxış Sayı:556






Kiyevin Donald Trampa qarşı sui-qəsd cəhdində əli ola bilər. Bunun mümkünlüyünü Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də istisna etməyib.

O, "X" sosial şəbəkəsində siyasətçi ətrafında baş verən son hadisələrə münasibət bildirib.

Medvedev deyib ki, sui-qəsd cəhdini həyata keçirən şəxs Ukrayna hakimiyyətinin "işçisi" ola bilərdi. Təhlükəsizlik Şurası sədrinin müavini bu fərziyyənin doğru çıxacağı təqdirdə "Görəsən, nə olardı?" - deyə sual verib.

Qeyd edək ki, sentyabrın 15-i axşam saatlarında Trampın qərargahı siyasətçinin həyatına yeni qəsd elan edib. Milliyyətçi "Azov dəstəsi"nə dəstək videoçarxında rol alan ABŞ vətəndaşı Rayon Uesli Rout şübhəli şəxs qismində saxlanılıb.

Bundan əvvəl Tramp sui-qəsd cəhdindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarının işini yüksək qiymətləndirib. O, ABŞ Məxfi Xidmətinə və polisinə göstərdikləri müdafiəyə görə təşəkkür edib.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı