hemle

Tanınmış jurnalist Hidayət Elvüsal vəfat etdi- Azərbaycan mətbuatına ağır itki

Tarix:8-09-2024, 14:00
Baxış Sayı:561



Bu gün tanınmış jurnalist, satirik publisist, şair, bəstəkar ədəbi-mühitimizin görkəmli nümayəndəsi Hidayət Elvüsal vəfat edib.

1949-cu il iyun ayının 25-də Kəlbəcər rayonunda dünyaya göz açan Hidayət Elvüsal zaman-zaman bir sıra mətbu orqanlarda fəaliyyət göstərib.

Gənc yaşlarında Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində, yerli radio verilişləri redaksiyasında çalışmaqla bərabər, Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlıq edib.

Daha sonra “Azərbaycan gəncləri”, “Kommunist”, “Ədalət” qəzetlərində, “Səhər” qəzetinin yaradıcılarından biri kimi, baş redaktorun müavini, “Belə-belə işlər”, “Kriminal” qəzetlərinin baş redaktoru olub. Dövri mətbuatda oçerkləri, müsahibə və reportajları, hekayə və povestləri ilə çıxış edib.

“Belə-belə işlər” rubrikası ilə dərc etdirdiyi saysız-hesabsız yazıları ilə populyarlaşan Hidayət Elvüsal eyni zamanda mahnı mətnlərinin müəllifi və həvəskar bəstəkar kimi də tanınıb.

Hidayət Elvüsal tanınmış mərhum şair Sücaətin qardaşıdır. Çox təəssüf ki, qardaşı əbədiyaşar şairimiz Sücaət Kəlbəcərli Vətən həsrəti ilə bu dünyadan köçdü. Hidayət Elvüsal isə Kəlbəcərin işğaldan azad olunmasını görüb, sevincini yaşasa da amansız xəstəlik onun doğma Kəlbəcəri ziyarət etməsinə imkan vermədi.

Allah rəhmət eləsin.

Digər xəbərlər
17:24 İlham Əliyev bu qanunlara dəyişikliyi təsdiqlədi
17:22 Böyük dağıntılar olacaq - Rus professorlardan İstanbulla bağlı xəbərdarlıq
17:20 Bakı-Pekin xəttində Zəngəzur detalı: Dəhlizdə mübarizə kəskinləşir
17:18 Toyuq əti yeyənlərin NƏZƏRİNƏ: Xərçəngdən ölüm riski
17:15 Bu proqramı dərhal telefondan silin - Pulunuzu kartlardan belə çəkirlər
12:56 Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
12:50 Alimlərdən qorxunc proqnoz - Həmin gün Xəzərdə...
12:47 Zəlzələni öncədən bilmək olar - "Android" telefonlarda var, qurmaq lazımdır