hemle

Paris-2024: Azərbaycan millisi medal sıralamasında neçəncidir?

Tarix:4-09-2024, 09:53
Baxış Sayı:555



Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının medal sıralamasında 22-ci pilləyə yüksəlib.

Bu göstərici paraatlet Lamiyə Vəliyevanın (T13 kateqoriyası) 100 metr məsafəyə qaçışda qızıl mükafat qazanması sayəsində mümkün olub.

Hazırda Azərbaycan milli komandasının hesabında üç qızıl, bir gümüş və bir bürünc medal var.

İmaməddin Xəlilov və Səid Nəcəfzadə T12 kateqoriyası üzrə uzunluğa tullanmada qızıl, Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş, Sabir Zeynalov parataekvondo üzrə, bürünc mükafat sahib çıxıb.

Siyahıya Çin (53 qızıl, 40 gümüş, 22 bürünc) başçılıq edir. Böyük Britaniya (30 qızıl, 18 gümüş, 13 bürünc) ikinci, ABŞ (20 qızıl, 22 gümüş, 11 bürünc) üçüncüdür.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Digər xəbərlər
22:55 Xalq şairi Rəsul Rzanın ev-muzeyi açıldı
22:44 İyunun 2-də qaz kəsiləcək - Bu ərazilərdə
22:36 Böyük Britaniya Ukraynaya nüvə silahının hazırlanmasında kömək edə bilər
22:33 Nevroloji xəstəliklərin səbəbi və müalicəsi - Hansı əlamətlər insultdan xəbər verir?
22:23 Nazirlər Xankəndidə keçiriləcək zirvə toplantısını müzakirə etdilər - YENİLƏNDİ
18:58 XİN beynəlxalq ictimaiyyətə çağırış etdi
18:54 İyunun ilk gününün HAVASI
18:47 Sabahdan milyonlarla insan “WhatsApp” işlədə bilməyəcək