hemle

Telekanallarda ciddi pozuntu faktları AŞKARLANDI

Tarix:3-09-2024, 08:24
Baxış Sayı:561



Bu ilin səkkiz ayı ərzində aparılan monitorinqlərin nəticəsi olaraq, televiziya və radio kanallarının efirində doqquz ciddi pozuntu faktı aşkarlanıb.

Bu barədə Audiovizual Şuradan bildirilib.

Qeyd edilib ki, həmin faktlara görə yayımçılara bir ümumi açıqlama ilə tövsiyə-xəbərdarlıq (elektron siqaret reklamları ilə bağlı bütün yayımçılara), bir rəsmi xəbərdarlıq (erkən nikahın təbliğinə görə ) olunub.

Bundan başqa, dörd yayımçının proqramlarının yayımı müvəqqəti dayandırılıb. Belə ki, ayrıseçkiliyin təbliğinə görə “MTV” 8 saat, müəllif hüquqlarını pozduğuna görə “ATV”, “ARB” və “ARB Günəş”in hərəsi 3 saatlıq yayımı dayandırılıb.

Həmçinin “Səhiyyə TV”də reklamda müvafiq lisenziya məlumatlarının verilməməsinə görə 2 protokol, “İTV”də “18+” kateqoriyalı məzmunun 6 - 23.00 aralığında verilməsinə görə 1 protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Məlumatda, həmçinin bildirilib ki, texniki xəta səbəbindən yaranmış pozuntular da olub, buraya səhər efirində dövlət himninin səsləndirilməməsi (4 fakt), reklam yayımı ilə bağlı (58 fakt), sponsorluqla bağlı (36 fakt), dövlət dili ilə bağlı (3 fakt), məhkəmə qərarı olmadan hər hansı şəxsin günahkar adlandırılması ilə bağlı (2 fakt), hüzn günü ilə bağlı (4 fakt) texniki pozuntular daxildir.

"Belə pozuntular qeydə alınan kimi həmin yayımçılara bildirişlər göndərilib və xətanın aradan qaldırılması təmin olunub", - deyə məlumatda qeyd edilib.

Şuradan, həmçinin məlumat verilib ki, televiziya kanallarındakı məzmunla bağlı vətəndaş müraciətləri də olub, ümumi olaraq Şuraya 44 yazılı, 22 telefon müraciəti daxil olub:

"Həmin müraciətlərdən 62-də yayımda baş vermiş hal vətəndaşlar tərəfindən pozuntu kimi təfsir olunsa da, təkrar monitorinq nəticəsində pozuntu halı təsbit olunmamış və vətəndaşlara müvafiq məlumat verilib. 4 müraciətlə bağlı pozuntu faktı (reklam və sponsorluqla bağlı 3, “18+” kateqoriyası ilə bağlı 1 pozuntu) təsdiqlənib, bununla bağlı qanunvericiliyə uyğun olaraq bəzi hallarda yayımçılara müvafiq tövsiyə verilib, bəzi hallarda sanksiya tətbiq olunmuş və həmin vətəndaşlara bununla bağlı məlumat verilib".

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan