hemle

Həyət evində yaşayanların DİQQƏTİNƏ - Cərimələnə bilərsiniz

Tarix:30-08-2024, 09:31
Baxış Sayı:535



Əmlak və torpaq vergisini ödəməyən şəxslərin borclarının üzərinə dəbbə pulu gələcək. Ödəməyən şəxslərdən isə həmin məbləğ məhkəmə qaydasında tələb ediləcək.

Publika.az xəbər verir ki, bu barədə Bələdiyyələrin Onlayn Xidmət Mərkəzinin direktoru Adil Əhmədov məlumat verib. Bələdiyyələr artıq real rejimdə ərazilərindəki vətəndaşların vergilərinin hesablanmasını həyata keçirirlər. Vergi qanunvericiliyinə əsasən, vətəndaş ona bildirişdə göstərilən vergi borcunu ödəməlidir. Yeni qaydaya əsasən, vergi borcunu ödəməyən şəxslərin məsələləri bələdiyyələr tərəfindən ərazi üzrə icra probasiya şöbələrinə təqdim edilir və ödəniş məhkəmə yolu ilə alınır.

Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu, yalnız çıxarışı olan evlərə şamil olunur:

"Bu, çıxarışı olan və mülkiyyət hüququ tanınan əmlaklara şamil olunur. Bu kriteriyaya uyğun olan hər bir əmlak, torpaq əmlak vergisinə cəlb olunur. Həyət evi olanlar həm torpaq, həm də tikinti vergisi ödəyirlər, bina evləri isə sadəcə tikinti vergisini ödəyir. Əlavə dəbbə ödənilməsi isə ödəniləcək verginin üzərinə gələn faiz kimi başa düşülə bilər. Əmlak vergisi mütləq şəkildə ödənilməlidir. Ödənilmədikdə, zamanla üzərində dəbbə yığılır və ödəniləcək məbləğin miqdarı daha da artır".

Ekspert əlavə edib ki, bəzi istisnalar var ki, həmin əmlakların çıxarışı olmasa belə, bələdiyyələrə əmlak vergisi ödənilir:

"Hələlik qanunvericilik əmlak vergisini yalnız çıxarışlı mənzillərə şamil edir. Amma çıxarışı olmayan daşınmaz əmlakların mülkiyyət hüququ formalaşmasa da, yaşamaq hüququ var. Bu səbəbdən bəzi ərazilərdə yerləşən evlər çıxarışı olmasa da, bələdiyyələrə əmlak vergisi ödəyir".

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ