hemle

88 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Cəfərovanın avqustun 23-də növbəti görüşü Şamaxı Rayon Mərkəzi Xəstəxanasının kollektivi ilə olub

Tarix:25-08-2024, 19:45
Baxış Sayı:2




88 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Cəfərovanın avqustun 23-də növbəti görüşü Şamaxı Rayon Mərkəzi Xəstəxanasının kollektivi ilə olub.
Görüşdə çıxış edən Tamam Cəfərova qeyd edib ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində 30 il ərzində xalqımızın qarşısında duran ən mühüm problem - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpası məsələsi həll edilmişdir.
O qeyd edib ki, yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir.
O qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işləri, Böyük Qayıdış proqramının icrası uğurla davam etdirilir.
O qeyd edib ki, Vətən müharibəsində əsgər və zabitlərimizlə yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazmışdır.
Vətən müharibəsində qazandığımız qələbəni hərbçilərimiz qədər, həm də arxa cəbhədə çalışan digər peşə sahiblərinə borcluyuq.
Onların arasında həkimlərin rolu isə xüsusidir. Cəbhə xəttində çalışan feldşerindən hospitalda cərrahiyyə əməliyyatı edən həkiminə qədər hər biri öz fədakarlığı, peşəkarlığı ilə neçə-neçə hərbçimizin həyatda qalmasına səbəb oldular.
Daha sonra Tamam Cəfərova ötən dövrdəki fəaliyyəti və seçki platforması haqqında görüş iştirakçılarına məlumat verib.
Həmçinin, görüşdə çıxış edən rayon İctimai Nəzarət Şurasının sədr müavini Nəzakət Abdulrazaqova namizədin ötən dövrdəki fəaliyyəti haqqında danışıb.
Onun rayonun inkişafı üçün xidmətlərini yüksək qiymətləndirib. Tibb işçilərini qarşıdan gələn parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
#şamaxı #88saylışamaxıseçkidairəsi #parlamentseçkiləri2024 #tamamcəfərova

Digər xəbərlər
21:45 Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydalar dəyişdi
21:40 İnsan bədənində yeni xərçəng "PROVOKATOR"U TAPILDI
17:04 "ChatGPT"dən yeni alış-veriş funksiyası - "Google"a rəqabət artır
17:01 Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu
16:55 Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
16:51 Sabah 21° isti olacaq
16:48 Nəzarətdən çıxır: ABŞ-da yeni təhlükəli pandemiya barədə xəbərdarlıq edildi
16:44 Vətəndaşların nəzərinə: Bu halda 960 manat müavinət ala bilərsiniz