hemle

Almaniyada festivalda yanğın nəticəsində 30 nəfər xəsarət alıb

Tarix:18-08-2024, 17:30
Baxış Sayı:633

Almaniyada festivalda yanğın nəticəsində 30 nəfər xəsarət alıb
Almaniyanın şərqindəki Saksoniya əyalətində, Leypsiq yaxınlığında “Highfield” musiqi festivalı ərazisində çarxda baş verən yanğın nəticəsində azı 30 nəfər xəsarət alıb.

Bu barədə "Bild am Sonntag" qəzeti yerli polisin nümayəndəsinə istinadən yazıb.

Yerli vaxtla saat 21:13 radələrində çarxın kabinələrindən biri yanıb, sonra alov ikinci kabinəyə keçib. “Son məlumatlara görə, dördü polis əməkdaşı olmaqla, 30-dan çox insan yaralanıb, lakin onların hamısının yüngül xəsarət aldığı ehtimal edilir”, - polis sözçüsü qəzetə bildirib. Almaniyanın Qırmızı Xaç Cəmiyyətinin əməliyyat şöbəsinin rəhbərinin sözlərinə görə, iki nəfər ağır yaralanıb.

Hazırda yanğın söndürülüb. Zərərçəkənlər xəstəxanadadır. Nəşr qeyd edib ki, onlar özlərini yaxşı hiss edirlər. Yanğın başlayan zaman dönmə çarxının tamamilə dolu olduğu bildirilir.

Hadisənin səbəbi hələ müəyyən edilməyib. Əraziyə onlarla yanğınsöndürmə briqadası cəlb olunub. Musiqi festivalı dayandırılmaylb.

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu