Boliviyanın cənubunda avtobusun qayaya çırpılması nəticəsində azı 14 nəfər ölüb, daha 18 nəfər yaralanıb.
Bu barədə Torix Departamentinin polis rəisi Xose Vilyans bildirib.
"Təəssüf ki, 14 nəfər ölüb, hadisə yerinə gələn yanğınsöndürənlər, polis və təcili yardım maşınları tərəfindən 18 nəfərə yardım edilib", - ABI agentliyi ondan sitat gətirib.
İlkin məlumatlara görə, qəza əyləclərin nasazlığı səbəbindən baş verə bilər. Sərnişinlərdən əlavə, Santa-Krus şəhərinə gedən avtobusda iki sürücü və onların köməkçisi də olub. Yaralılar Tarih şəhər xəstəxanasına aparılıb.
Boliviya Prezidenti Luis Arse ölənlərin ailələrinə başsağlığı verib. "Bu dəhşətli hadisəyə səbəb olan səbəbləri araşdırmağı tapşırdıq", - o “X” sosial şəbəkəsində yazıb.