hemle

London klubu futbolçusunu heyətdən kənarlaşdırıb

Tarix:16-08-2024, 15:30
Baxış Sayı:478

London klubu futbolçusunu heyətdən kənarlaşdırıb
İngiltərənin "Tottenhem" klubu futbolçusu İv Bissumanı qeyri-müəyyən müddətə heyətdən kənarlaşdırıb.

Buna 27 yaşlı yarımmüdafiəçinin "əyləndirən qaz"dan istifadə etməsi səbəb olub.

Malidən olan oyunçu Premyer Liqanın I turunda "Lester"lə matçda iştirak etməyəcək.

27 yaşlı oyunçu sosial şəbəkə hesabında "əyləndirən qaz"dan istifadə etdiyi videonu yayımlamışdı. O, daha sonra buna görə üzr istəyib.

"Əyləndirən qaz" Böyük Britaniyada narkotik kimi təsnif edilir. 2023-cü ildən onun əyləncə məqsədi ilə istifadəsi qadağan olunub.

Qeyd edək ki, İv Bissuma 2022-ci ildə 29,2 milyon avro qarşılığında "Brayton"dan "Tottenhem"ə keçib.

Digər xəbərlər
22:55 Xalq şairi Rəsul Rzanın ev-muzeyi açıldı
22:44 İyunun 2-də qaz kəsiləcək - Bu ərazilərdə
22:36 Böyük Britaniya Ukraynaya nüvə silahının hazırlanmasında kömək edə bilər
22:33 Nevroloji xəstəliklərin səbəbi və müalicəsi - Hansı əlamətlər insultdan xəbər verir?
22:23 Nazirlər Xankəndidə keçiriləcək zirvə toplantısını müzakirə etdilər - YENİLƏNDİ
18:58 XİN beynəlxalq ictimaiyyətə çağırış etdi
18:54 İyunun ilk gününün HAVASI
18:47 Sabahdan milyonlarla insan “WhatsApp” işlədə bilməyəcək