Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı baş tutub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.
Bildirilib ki, telefon danışığı zamanı hər iki lider Rusiya və Özbəkistan arasında müttəfiqliyin və strateji tərəfdaşlığın davamlı şəkildə genişləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.