hemle

Rusiyada beş yaşlı qız göbələkdən zəhərlənərək bir orqanını itirdi

Tarix:14-08-2024, 11:00
Baxış Sayı:558

Rusiyada beş yaşlı qız göbələkdən zəhərlənərək bir orqanını itirdi
Rusiyanın Ural bölgəsində beş yaşlı qızcığaz "Solğun amanita" ("Amanita phalloides") adlı ölümcül zəhərli olan göbələkdən yeyib və zəhərlənib.

Məlumata görə, zəhərlənmə nəticəsində uşağın qaraciyəri sıradan çıxıb. Həkimlər qaraciyər çatışmazlığı diaqnozu qoyublar və təcili olaraq anasından qaraciyər köçürmək qərarına gəliblər.

Risklər çox böyük olub, çünki digər orqanlar da sıradan çıxa və ya beyin şişməsi başlaya bilərdi.

Moskvada baş tutan əməliyyat uğurla həyata keçirilib və hazırda qızcığaz bərpa olunur.

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu