hemle

UEFA Çempionlar Liqası: "Qarabağ" "Ludoqorets"in qapısından yeddi qol keçirərək pley-offa yüksəldi

Tarix:14-08-2024, 10:00
Baxış Sayı:345

UEFA Çempionlar Liqası: "Qarabağ" "Ludoqorets"in qapısından yeddi qol keçirərək pley-offa yüksəldi
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ" "Ludoqorets"in qapısından yeddi qol keçirərək pley-offa yüksəlib.

"Ludoqorets Arena"dakı oyunda təmsilçimiz 2:7 hesabı ilə qalib olub.


00:37

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında Azərbaycan klubu rəqibinin qapısından daha bir qol keçirib.
"Ludoqorets Arena"dakı oyunda 118-ci dəqiqədə Yasin Benziya fərqlənib.

Bu qoldan sonra hesab 2:7 "Qarabağ"ın xeyrinə dəyişib.


00:32

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında "köhlən atlar" hesabdakı fərqi artırıblar.

"Ludoqorets Arena"dakı oyunda təmsilçimiz hesabı 2:6 edib.

112-ci dəqiqədə Patrik Andrade meydan sahiblərini məyus edib.


00:30

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında "köhlən atlar" hesabdakı fərqi artırıblar.

"Ludoqorets Arena"dakı oyunda təmsilçimiz hesabı 2:5 edib.

111-ci dəqiqədə Redon Cica komandasının növbəti qoluna imza atıb.

00:10

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında "köhlən atlar" hesabdakı fərqi artırıblar.

"Ludoqorets Arena"dakı oyunda təmsilçimiz hesabı 2:4 edib.

93-cü dəqiqədə Toral Bayramov komandasının növbəti qoluna imza atıb.


00:05

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında əlavə hissə başlayıb.
"Ludoqorets Arena"dakı oyunun əsas vaxtı təmsilçimizin qələbəsi ilə başa çatıb - 3:2.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesabı ilə qalib gəldiyi üçün ümumi hesab bərabərləşib.

Qarşılaşmanın taleyi hər biri 15 dəqiqədən ibarət iki əlavə hissədə də həll olunmasa, penalti zərbələrinə ehtiyac duyulacaq.

13 avqust, 23:59

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında 90 dəqiqə başa çatıb.

"Ludoqorets Arena"dakı oyunun əsas vaxtı təmsilçimizin qələbəsi ilə başa çatıb - 3:2.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesabı ilə qalib gəldiyi üçün ümumi hesab bərabərləşib.

Qarşılaşmanın taleyi hər biri 15 dəqiqədən ibarət iki əlavə hissədə də həll olunmasa, penalti zərbələrinə ehtiyac duyulacaq.

13 avqust, 23:08

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında ikinci hissə başlayıb.
təmsilçimiz fasiləyə üstün yollanıb - 2:3.

22:52

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında ilk hissə sona çatıb.

"Ludoqorets Arena"dakı oyunda təmsilçimiz fasiləyə üstün yollanıb - 2:3.

22:51

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında növbəti qol vurulub.
"Ludoqorets Arena"dakı oyunda təmsilçimiz hesabda önə keçib - 2:3.

45+5-ci dəqiqədə Patrik Andrade adını tabloya yazdırıb.


22:46

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında hesab bərabərləşib.

"Ludoqorets Arena"dakı oyunda təmsilçimiz hesaba tarazlıq gətirib - 2:2.

45+1-ci dəqiqədə Yasin Benziya penalti zərbəsini dəqiq yerinə yetirib.


22:24

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında üçüncü qol vurulub.
"Ludoqorets Arena"dakı oyunda meydan sahibləri hesabda önə keçib - 2:1.

23-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Dua Kvadvo dubl müəllifi olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.


22:16

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında ikinci qol vurulub.
"Ludoqorets Arena"dakı oyunda meydan sahibləri hesabı bərabərləşdirib - 1:1.

13-cü dəqiqədə Dua Kvadvo dəqiq zərbə müəllifi olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.


22:08

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında hesab açılıb.

"Ludoqorets Arena"dakı oyunda Azərbaycan klubu hesabda önə çıxıb.

Yeddinci dəqiqədə Juninyo fərqlənib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.


22:01

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçı start götürüb.

Qarşılaşma "Ludoqorets Arena"da keçirilir.

Matçı italiyalı baş hakim Simone Soçça idarə edir.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

21:08

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün baş tutacaq "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

"Ludoqorets Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo

Ludoqorets: Hendrik Bonmann, Anton Nedyalkov, Olivye Verdon, Diniş Almeyda, Son, Pedro Naressi, Deroy Duarte, Yakub Pyotrovski, Rik, Dua Kvadvo, Ruan Seko.

09:00

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

Doğma meydanda 1:2 hesabı ilə məğlub olan Azərbaycan təmsilçisi "Qarabağ" Bolqarıstanda "Ludoqorets" üzərində qələbə qazanaraq pley-off mərhələsinə adlamağa çalışacaq.

Görüşü Simone Sozzanın başcılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək. Görüş "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

UEFA Çempionlar Liqası, III təsnifat mərhələsi

13 avqust

"Ludoqorets" - "Qarabağ"

22:00, "Huvepharma Arena"

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR