Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final matçını keçirib.
92 kiloqram çəki dərəcəsində yarışan təmsilçimiz qazaxıstanlı Lazizbek Mullojonovla qarşılaşıb.
Görüş Qazaxıstan boksçusunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, A.Dominqes gümüş medalla kifayətlənməli olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kiloqram) bürünc medala sahib çıxıb.
09 avqust, 09:00
Bu gün Azərbaycanın iki sərbəst güləşçisi və bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək.
Oxu.Az-ın məlumatına görə, ilk olaraq bədii gimnastika üzrə qrup hərəkətləri komandamız çıxış edəcək.
Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət halqalar (12:00) və lentlə (13:10) bacarıqlarını nümayiş etdirəcəklər.
Güləşçilərimizdən isə Turan Bayramov (74 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaqlar.
Onlar 1/8 finalda müvafiq olaraq misirli Diaeldin Abdelmottaleb və albaniyalı Çermen Valiyevlə üz-üzə gələcəklər. Güləş yarışları Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.
Bundan əlavə, boksçu Alfonso Dominqes (92 kq) final qarşılaşmasını keçirəcək. O, qızıl medal uğrunda görüşdə Özbəkistan təmsilçisi Lazizbek Mullojonovun müqavimətini qırmağa çalışacaq. Döyüş avqustun 9-dan 10-na keçən gecə, saat 00:34-ə təyin edilib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb. Boksçu Alfonso Dominqes (92 kq) isə finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.