"Təşviqat kampaniyasının başlamasından öncə təbliğat aparan namizədlər olubsa, bununla bağlı sənəd təqdim edilməlidir".
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, bunun üçün rəsmi sənədlər təqdim edilməli və buna uyğun araşdırma aparılmalıdır:
"Yəni bundan sonra qanun pozuntusunun olub-olmadığı məlum ola bilər".