hemle

Bəzi şəxslər Qarabağa səyahət zamanı postdan buraxılmırlar

Tarix:9-08-2024, 10:30
Baxış Sayı:651

Bəzi şəxslər Qarabağa səyahət zamanı postdan buraxılmırlar
Kredit və aliment gecikməsinə görə axtarışda olan şəxslər Qarabağa səyahət zamanı postdan buraxılmırlar.
Belə bir xəbərdarlıq Qarabağa tur təşkil edən əksər şirkətlərdə qeyd olunub. Hətta bildirilib ki, həmin şəxs postdan buraxılmadığı təqdirdə etdiyi ödəniş geri qaytarılmayacaq.

Turizm üzrə ekspert və tur təşkilatçısı Fariz Bəşirov bildirib ki, bəzi vətəndaşlar axtarışda olduqlarına rəğmən, turlara qoşulurlar və posta çatanda isə polis əməkdaşları tərəfindən saxlanıldıqda birbaşa tur şirkətini günahlandırırlar. Bu səbəbdən də Qarabağa təşkil olunan turlarda bu xəbərdarlığı qeyd etmək şərt olub.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, axtarışda olan şəxs məkanından asılı olmayaraq polis əməkdaşı tərəfindən aşkarlanırsa, axtarışa verildiyi rayon üzrə təhvil verilir.

Nurlan Əliyev əlavə edib ki, axtarışda olan şəxs turla və ya tək getməsindən asılı olmayaraq, nəzarət keçid məntəqələrində saxlanılaraq aidiyyəti üzrə təhvil verilir.

Digər xəbərlər
22:16 Bu tarixdən məktəblərdə yaz tətili başlayır
22:12 Siyasi partiya nümayəndələri Laçına səfər etdilər
21:45 Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydalar dəyişdi
21:40 İnsan bədənində yeni xərçəng "PROVOKATOR"U TAPILDI
17:04 "ChatGPT"dən yeni alış-veriş funksiyası - "Google"a rəqabət artır
17:01 Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu
16:55 Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
16:51 Sabah 21° isti olacaq