hemle

İşdən çıxarılan icra başçısı: "Yazdıqları əmlakları onlara bağışlamasam, kişi deyiləm"

Tarix:8-08-2024, 16:00
Baxış Sayı:680

İşdən çıxarılan icra başçısı: "Yazdıqları əmlakları onlara bağışlamasam, kişi deyiləm"
Vəzifəsindən azad edilən Ağdaş Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq İbrahimovun səhhətində problem yaranıb.


O qeyd edib ki, bir neçə dəfə əməliyyat olunub:

"Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirəm. Türkiyədə əməliyyat olunmuşam, vəziyyətim çox pisdir. Hazırda müalicəm davam edir, nə olacağını bilmirəm".

Sabiq başçı bir sıra saytlarda yayılan, əmlaklarının varlığı iddia olunan siyahıya münasibət bildirib:

"Yazdıqları tamamilə yalan məlumatdır. Mənim o boyda əmlakım haradan ola bilər? İki min baş camışı otarmaq üçün nə boyda örüş sahəsi lazımdır. Mən əməliyyat olunanda uşaqlarım yanıma gəlmişdilər. Həmin vaxtı onlar hoteldə qaldılar. Mənim o boyda mülklərim varsa, övladlarım niyə hoteldə qalırdılar? Bu məlumatı neçə il öncə Sənan adlı jurnalist yazmışdı. İndi o həbsdədir. Götürüb illər əvvəl onun yazdığı yalan informasiyanı yenidən tirajlayırlar. Bunlar Allahdan qorxmurlar? Yazdıqları mülklərin mənə və ya yaxınlarıma məxsus olduğunu sübut etsinlər. O əmlakları onlara bağışlamasam, kişi deyiləm".

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu