hemle

Reketçilikdə ittiham olunan jurnalistlərin istintaqı başa çatıb

Tarix:8-08-2024, 11:00
Baxış Sayı:692

Reketçilikdə ittiham olunan jurnalistlərin istintaqı başa çatıb
"Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev və onunla birgə həbs edilən müavini Hikmət Nəcəfli barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Hər iki şəxs barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

İş üzrə 10 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Məhkəmənin hazırlıq iclası avqustun 15-ə təyin edilib.

Qeyd edək ki, baş redaktor və müavini bir müddət əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Onlar dələduzluqda və hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilirlər.

Xatırladaq ki, Surxay Əliyev, müavini Hikmət Nəcəfli və "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev hələ bir neçə il bundan öncə də eyni ittihamla Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdilər. Habil Vəliyev də hazırda eyni ittihamlarla həbs edilib. Onun da cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu