"Şamaxı" futbolçusu ilə yollarını ayırıb.
Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, əyalət təmsilçisi yarımmüdafiəçi Abbas Ağazadə ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının I turu çərçivəsində "Şamaxı" səfərdə "Sabah"la bərabərə qalıb - 2:2.