hemle

Xalq artisti Fəxrəddin Manafovun doğum günüdür

Tarix:2-08-2024, 15:30
Baxış Sayı:670

Xalq artisti Fəxrəddin Manafovun doğum günüdür
Bu gün Azərbaycan kinosunun peşəkar aktyorlarından biri, Xalq artisti Fəxrəddin Manafovun doğum günüdür.

Fəxrəddin Manafov 1955-ci ilin məhz bu günü Xankəndidə dünyaya gəlib. Bir müddət sonra isə ailəsi Bakıya köçüb. Uşaqlıqdan futbola böyük maraq göstərib. Hətta ailə üzvləri onun gələcəkdə futbolçu olacağını düşünüblər.

16 yaşı olarkən, 1971-ci ildə A.M.Şərifzadə adına Aktyorlar evində kinomexanik kimi işə düzəlib. Almaniyada hərbi xidmətini başa vurduqdan sonra sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna verən Fəxrəddin Manafov 1975-1980-ci illərdə orada ali təhsil alıb. 1980-ci ildə ali təhsilini başa vurub.

Tələbəlik illərində, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. Aktyorlar evində rejissor Vaqif İbrahimoğlu ilə tanış olan F.Manafov bir müddət sonra Vaqif İbrahimoğlunun quruluşunda "Ac həriflər" tamaşasında səhnəyə çıxıb.

Xalq artisti 1989-1993-cü illərdə Dövlət Yuğ Teatrında aktyor işləyib. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilib.

Fəxrəddin Manafov 45 illik yaradıcılığı boyunca bir çox ekran işində müxtəlif obrazlar canlandırıb. Onlar arasında "Evləri köndələn yar" (Şamil), "Gecə qatarında qətl" (Rüstəm), "Doğma sahillər", "Əlvida, cənub şəhəri" (Rza), "İşgüzar səfər" (Ənvər) kimi filmlər var.

1989-cu ildə II Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edən və dram janrında çəkilmiş "Ölsəm, bağışla" bədii filmində yaratdığı "Yusif" obrazı da Fəxrəddin Manafovun ən çox sevilən obrazlarından biridir.
Aktyoru ən çox məşhurlaşdıran və geniş auditoriyaya sevdirən isə 1993-cü ildə Rasim Ocaqovun çəkdiyi "Təhminə" filmində yaratdığı "Zaur" obrazı olub.
Aktyoru ən çox məşhurlaşdıran və geniş auditoriyaya sevdirən isə 1993-cü ildə Rasim Ocaqovun çəkdiyi "Təhminə" filmində yaratdığı "Zaur" obrazı olub.

Digər xəbərlər
22:16 Bu tarixdən məktəblərdə yaz tətili başlayır
22:12 Siyasi partiya nümayəndələri Laçına səfər etdilər
21:45 Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydalar dəyişdi
21:40 İnsan bədənində yeni xərçəng "PROVOKATOR"U TAPILDI
17:04 "ChatGPT"dən yeni alış-veriş funksiyası - "Google"a rəqabət artır
17:01 Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu
16:55 Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
16:51 Sabah 21° isti olacaq