hemle

"Ermənilər yüz illik istəklərinə nail olur" - Şuşadakı "andiçmə" barədə...

Tarix:21-05-2020, 14:50
Baxış Sayı:467

Qarabağ 30 ilə yaxındır ki, işğal altındadı. Bu dövrdə ermənilər addım-addım yüz illik istəklərinə nail olur, Azərbaycan torpaqlarında məskunlaşma aparıb işğalı reallaşdırmaq istiqamətində həm hərbi, həm də diplomatik uğurlar əldə edirlər. Aparılan sülh danışıqları işğalın uzanmasına və həm Azərbaycanı, həm də dünyanı bununla barışmağa xidmət edir.

Konkret olaraq, bu gün Şuşada keçirilən "andiçmə"nin Azərbaycan üçün mahiyyətini İsrailin işğalı altında olan Qüdsün islam dünyası üçün dəyəri ilə müqayisə edərdim. Şuşa nəinki Qarabağ üçün, bütövlükdə Azərbaycan üçün siyasi, mədəni, mənəvi mərkəzi hesab olunan tarixi bir şəhərimizdir. 28 ildir ki, işğal altındadır, amma Azərbaycan insanın şüurunda Şuşa o biri işğal altında olan yerlərdən fərqli bir mənəvi dünyadır. Şuşa Qarabağ xanlığının mərkəzi olmaqla Azərbaycan dövlətçiliyinə töhfə vermiş bir şəhərdir. Şuşa Üzeyir bəyin və neçə-neçə dahi sənətkarların yurdudur. Və belə bir şəhərdə işğalçı hansısa obyekt açmır ki, etiraz edəsən, ya etməyəsən. Andiçmə elə bir ritualdır ki, özündə dövlətçiliyi, müqəddəsliyi, dövlətə xidməti və sairə mənəvi meyarların məcmusunu birləşdirir. Bu ritualda bildiyiniz kimi, müqəddəs kitaba da əl basılıb and içiləcək. Ermənilər nə etdiklərini bilirlər, onlar Şuşanın bizim üçün dəyərli olduğunu bildikləri üçün qəsdən tədbiri Şuşada keçirirlər. Bununla da Azərbaycanı bir daha sındıracaqlarına əmindirlər, bununla da Azərbaycanı təslimçiliyə apardıqlarını yaxşı bilirlər. Bunu Azərbaycan da bilir, amma heç bir əks addım atmır. Deməli, rəsmi Azərbaycan bu hərəkətsizliyi ilə "andiçmə" mərasiminə dəstək verdiyini, dolayısı ilə bu tədbirin dəvətlisi və iştirakçısı rolunda olduğunu sübut etdi. Görünür, xalqın sınmasında maraqları var.

Şuşadakı qeyri-qanuni "andiçmə"ni Azərbaycan öz xeyrinə həll edə bilərdi. İlk addım kimi XİN və MN birgə sərt bəyanat verməli idi. Bəyanatda Şuşanın Azərbaycan xalqı üçün mənəvi dəyər olduğunu göstərib, xalqın heysiyyatına, izzəti-nəfsinə toxunulmanın qarşı tərəf üçün ağır nəticə verəcəyini ATƏT-in Minsk Qrupuna, BMT-yə, bütün dünyaya öncədən bildirilməli idi. Bəyanatda bildirilməliydi ki, əgər "andiçmə" Şuşada baş tutarsa atəşkəs pozulacaq və nəticələrinə görə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşəcək. Bu çəkindirici faktor rolunu oynaya bilərdi. Əgər düşmən heç nəyə məhəl qoymadan tədbiri Şuşada keçirsə idi, o zaman həqiqətən atəşkəs rejimini pozmalı, düşmənin bütün hədəflərinə, o cümlədən Şuşaya zərbələr endirməli idi. Azərbaycan belə addımlar atsaydı, Şuşa "andiçməsi"ni öz xeyrinə həll etmiş olardı. Xalqda torpaqların azad olunmasına inam, düşməndə isə inamsızlıq yaranacaq idi. Olmadı. Və Azərbaycanın bu fəaliyyətsizlikdə heç bir arqumenti keçmir. Deyəcəkləri bəhanədir. Bu, Azərbaycanın dövlətçiliyinə vurulmuş zərbədir və dövlət olaraq gələcəyi sual altındadır.

Kamal ƏLİ

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan