hemle

"TikTok"un baş qərargahında kütləvi zəhərlənmə baş verib

Tarix:31-07-2024, 15:30
Baxış Sayı:658

"TikTok"un baş qərargahında kütləvi zəhərlənmə baş verib
"TikTok"un Sinqapurdakı mənzil qərargahında kütləvi zəhərlənmə baş verib - 60 nəfər zərər çəkib, onlardan 57-si xəstəxanaya yerləşdirilib.

Bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunub ki, bütün qurbanlarda eyni simptomlar olub: qarın ağrısı, qusma, 38 dərəcə üzərində hərarət, soyuq tər, solğunluq. Onların hamısına qastroenterit diaqnozu qoyulub. Zərərçəkmiş işçilər ofisin yeməkxanasında zəhərləniblər.

İlkin məlumata görə, "TikTok" əməkdaşlarının aldığı qidanın tərkibində bağırsaq çöpü (E.coli) olub. Yerli bloqerlər yazıblar ki, bu işdə ABŞ kəşfiyyat orqanlarının əli ola bilər. Bu onunla izah olunur ki, ABŞ hökuməti uzun müddətdir ki, "ByteDance"ın rəhbəri Şou Tzı Çuya zərər vurmağa çalışır, lakin o təslim olmur və onun məhkəmə çəkişməsi davam edir.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR